Yığmamızın kapitanı oynamaq istədiyi klubun adını açıqladı
06.07.2009 - 10:20
“Qəlbimdən “Kocaelispor”da oynamaq keçir. Amma son qərarımı verməmişəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Türkiyə mətbuatına açıqlamasında deyib.
Superliqanı tərk edən “Kocaelispor”la müqaviləsi bitən 27 yaşlı müdafiəçi hazırda bu ölkədə olsa da, başqa komandanın düşərgəsindədir. Avroliqanın ikinci təsnifat mərhələsi oyunlarına hazırlaşan Ağdamın “Qarabağ” klubunun Qızılcahamamdakı təlim-məşq toplanışına qatılan Rəşadı izmitli həmkarlarımız orada tapa bilib. İzmit təmsilçisinin ciddi maraqlandığı, yeni mövsümdən çıxış edəcəyi Bank Asiya birinci liqasında da heyətində görməkdə israrlı olduğu Sadıqova yeni müqavilə də təklif edib. Bunu təsdiqləyən futbolçu hələ ortaq məxrəcə gəlmədiklərini bildirib: “Kocaelispor”da son vaxtlar baş verənləri izləyirəm. Açığı, komandadan ayrılan futbolçulara üzüldüm. Çünki aşağı liqaya düşsək də, heyətimiz yaxşı idi. İndi yeni bir komanda yaradıldığını bilirəm. Mənə də transfer təklifi edildi. Könlüm “Kocaelispor”da olsa da, hələ heç kimə söz vermədim. Bank Asiya birinci liqasında məni istəyən başqa komandalar da var. Menecerim Superliqa üçün hələ erkən olduğunu, bir az daha gözləməyimi söyləyir”.
Sadıqov “Qarabağ”a Avroliqanın ikinci təsnifat mərhələsində Norveçin “Rusenborq” klubu ilə oyunlarda kömək etmək fikrindədir. Bunu da nəzərə alan Rəşad tələsik qərar vermək istəmədiyini açıqlayıb: “Açığı, tələsmək fikrim yoxdur. Beş gündür Qızılcahamamda “Qarabağ”la təlim-məşq toplanışındayam. Məşqlərimi edir, özümü hazır vəziyyətdə saxlayıram. Bu gün “Ankaragücü” ilə yoxlama oyunumuz var. Məndən kömək istədilər. “Qarabağ”a Avroliqanın ikinci təsnifat mərhələsi oyunlarında yardım edəcəyəm”.
Rəşadın sözlərinə görə, bu ayın 23-ə qədər “Kocaelispor”a son söz deməyəcək: “Qarabağ”la Avroliqada ilk oyunumuz iyulun 16-da, cavab görüşü 23-dür. Bu müddətdə transfer danışıqlarım olacaq. Ardından bir qərar verib, seçdiyim klubun sıralarına qatılacağam. “Kocaelispor”la anlaşma olsa belə, 23-dən tez ora gəlməyim mümkün deyil. Şərtim var, demirəm. Amma seçəcəyim komandada bəzi istəklərim var. İlk öncə mütləq hədəfi olan güclü bir klubda forma geymək istəyirəm. Bu tələbimi “Kocaelispor”un rəhbərliyinə də bildirdim”.

0
0