“Qalatasaray” Koloççinini alır
06.07.2009 - 10:47
“Qalatasaray” Koloççinini alır
“Qalatasaray” “Nyukasl” klubunun futbolçusu Fabrisio Koloççinini transfer etmək istəyir. Apasport.az saytının İngiltərənin “News Of The World” qəzetinə istinadən məlumatına görə, artıq tərəflər arasında ilkin razılıq əldə olunub və argentinalı futbolçu tezliklə “Cim Bom”a keçəcək. Qəzetin iddiasına əsasən, İstanbul təmsilçisi ingilislərə 4,6 milyon avro təklif ediblər. Koloççini 32 dəfə Argentina yığmasının formasını geyinib və müdafiənin sağ və sol cinahlarında oynaya bilir.