“Bütün bunlar Azərbaycan yığması ilə görüşdə görünmürdü”
06.07.2009 - 11:11
“Son yarım ildə milli komandamızın oyunu xeyli yaxşılaşıb. Bu, topa nəzarətdə, özünəinamda hiss olunur. Ümumiyyətlə, yığmamız əla hərəkət edir. Ancaq bütün bunlar Azərbaycan və Lixtenşteynlə görüşlərdə görünmürdü”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının hücumçusu Aleksandr Kerjakov deyib.
Moskva “Dinamo”sunun formasını geyinən 25 yaşlı futbolçu yığmaya bir illik fasilədən sonra qayıdışını Finlandiya ilə səfərdə keçirilən rəsmi görüşdə (3:0) dublla qeyd etdi. Kerjakov milli komandamızla martın 28-də Moskvada keçirilən matçda yığmasının oyunundan razı qalmayıb: “Azərbaycana kifayət qədər tez qol vurduq. Görünür, bunun nəticəsidir ki, bir az sakitləşdik. Lixtenşteynlə bütün komandaların problemi yaranır. Yeri gəlmişkən, bu, Andorra yığmasına da aiddir”.
Qeyd edək ki, 9 il öncə 19 yaşlılardan ibarət yığma komandaların 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunlarında yığmamıza qarşı oynayan Kerjakov qapımızdan 4 qol keçirib. Avstriyada keçirilən həmin görüşdə Rusiya Azərbaycanı 10:0 hesabı ilə məğlub etmişdi.

0
0