Futbolçu azarkeşi güllələdi
06.07.2009 - 11:19
Kolumbiyanın “Atletiko Xunior” klubunun futbolçusu adam öldürüb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi onu iyrənc oyunçu adlandıran 27 yaşlı İsrael Kastilyonu tapança ilə güllələyib. Hadisə Kolumbiyanın port şəhəri olan Barrankilyada baş verib. İlkin olaraq qatil futbolçu maşınla hadisə yerindən qaçsa da, sonradan könüllü polisə təhvil olub.
0
0