Deputat futbolçu karyerasını bitirdi
06.07.2009 - 11:50
Rusiya milli komandasının sabiq kapitanı Aleksey Smertin futbolçu karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, ötən ilin sentyabrında “Fulhem”dən ayrıldıqdan sonra klubsuz qalan 34 yaşlı yarımmüdafiəçi qərarını indi açıqlayıb.
Smertin bildirib ki, karyerasını vətənində, Rusiya klublarında birində bitirməyi planlaşdırırmış. Ancaq sərfəli təklif almayan Aleksey Avstraliya və İsrail klublarının onu çağırdığını da bildirib. Ancaq həmin təkliflərdən oradakı çempionatların səviyyəsinin aşağı olduğuna görə imtina edib. Bundan əlavə, ABŞ-da oynamaq variantı olan rus futbolçunu orada adı açıqlanmayan kluba keçidi maliyyə məsələlərinə görə baş tutmayıb. Vida oyunu keçirmək istəməyən Smertinin Barnaulda olan məktəbi və fond işləri ilə məşğul olmağı planlaşdırdığını söyləyib. Bu ilin martında Altay vilayətinin deputatı seçilən Smertin orada işləmək fikrindədir.
Smertin vətənində “Uralan”, Moskvanın “Dinamo” və “Lokomotiv”, Fransada “Bordo”, İngiltərədə “Çelsi”, “Portsmut”, “Çarlton” və “Fulhem” klublarında oynayıb. O, milli komandasında 55 oyun keçirib.

0
0