MOİK Azərbaycan çempionuna qalib gəldi
06.07.2009 - 12:14
Futbol üzrə Azərbaycan çempionatının 2009/10 mövsümünə hazırlaşan Mərkəzi Ordu İdman Klubu (MOİK) bu gün növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Ramil Əliyevin yetirmələri tələbələr arasında ölkə çempionu olan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə qarşılaşıb.
“Hərbçilər” Avropa çempionatında iştirak edəcək tələbə futbolçulara qalib gəliblər - 3:2. MOİK-in heyətində Nicat Tağıyev, Afiq Yusifov və Tural Axundov fərqlənib. Bu, mövsümlərarası fasilədə ordu klubunun ilk qələbəsi kimi diqqət çəkib. Bundan öncəki matçda MOİK “Muğan”la heç-heçə (0:0) oynamışdı.
Növbəti yoxlama görüşü iyulun 11-də “Şəfa” stadionunda “Qarabağ”ın əvəzedicilərdən ibarət heyətinə qarşı olacaq.

0
0