“Bakı”nın rəqibi 4 futbolçu aldı
06.07.2009 - 12:22
“Bakı”nın Çempionlar Liqasında rəqibi olan Litvanın “Ekranas” klubu heyətini gücləndirir. Apasport.az saytının məlumatına görə, Panejelis təmsilçisinin düşərgəsində iki əcnəbi və iki yerli futbolçu yer alıb.
Legionerlər toqolu müdafiəçi Dominik Adjakpa ilə serbiyalı yarımmüdafiəçi Darko Arandeloviçdir. Yerli futbolçuların hər ikisi orta sahə oyunçularıdır. “Ekranas” 1,75 metr boya malik cinah yarımmüdafiəçisi Andrius Sidlauskası geri qaytarıb. 25 yaşlı litvalı futbolçu son vaxtlar Vilnüsün eyni adlı təmsilçisində oynayıb. “Jalgiris” klubundan gələn yarımmüdafiəçi isə Ervin Kvitkauskasdır. Hər dörd futbolçu Latviyanın “Yurmala” klubu ilə yoxlama oyununda (1:0) əsas heyətdə meydana çıxıblar. Görüşdə qələbə topunun müəllifi 17-ci dəqiqəsində fərqlənən təcrübəli müdafiəçi Dayniyus Qlevetskas olub.

0
0