Yuri Jirkov rəsmən “Çelsi”də!
06.07.2009 - 14:35
Yuri Jirkov rəsmən “Çelsi”də!
Londonun “Çelsi” klubu Rusiya yığmasının futbolçusu Yuri Jirkovu transfer etdiyini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, klubun rəsmi saytında yer alan bəyanatda londonluların 26 yaşlı oyunçunun çıxış etdiyi Moskva MOİK-i ilə transfer məsələsini razılaşdırıldığı bildirilir: “Jirkov hazırda Londondadır, tibbi müayinədən keçir. Futbolçu orada həm də şəxsi müqaviləsinin şərtlərini müzakirə edəcək”.

Mövsüm bitəndən sonra “Milan”dan “Çelsi”nin baş məşqçi postuna keçən italyan mütəxəssis Karlos Ançelotti da Jirkov və Starricin artıq onların futbolçuları olduğunu təsdiqləyib.
0