Belkeviç: Bakıda bilyard oynayırdıq
06.07.2009 - 14:59
Belkeviç: Bakıda bilyard oynayırdıq
Bakının “İnter” klubunun sabiq futbolçusu Valentin Belkeviç bilyard həvəskarıdır. Apasport.az saytının məlumatına görə, artıq futbolçu karyerasını bitirən 36 yaşlı belaruslu keçmiş komanda yoldaşı Andrey Şevçenko ilə tez-tez kiy oynadarmış.

Şevçenko 1999-cu ilə Kiyev “Dinamo”sundan “Milan”a keçəndən sonra Belkeviç komandada bilyardda ən güclü imiş. Valentin Ukrayna mətbuatına geniş müsahibəsində ölkəmizdə də bu idman növündə qüvvəsini sınadığını bildirib: “Şevçenkonun gedişindən sonra bazada elə də oynamırdım. Andrey olanda tez-tez bilyard klubuna gedərək, orada qüvvəmizi sınayırdıq. “Dinamo”nun sonrakı nəslindən bu işi müvəffəqiyyətlə görən Maksim Şatskixlə Oleq Qusev idi. Yeri gəlmişkən, Bakıda da tez-tez oynayırdım. Vaxtilə Ukraynanın “Karpatı” klubunda çıxış edən moldovalı Sergey Laşenkovla üz-üzə gəlirdim. Həmin vaxt o, Bakının “Olimpik” klubunda oynayırdı. Biz axşamlar yığışaraq, rus bilyardı oynayırdıq”.

Belkeviçin sözlərinə görə, “Olimpik”in müdafiəçisini udurmuş: “Bizdə bir partiya 10 dəfə döşəmədə qalxıb-enməyə bərabər idi. Yəni, uduzan bunu etməli idi. Kim daha çox döşəmədə qalxıb-enirdi? Əlbəttə ki, o!”
0