Runi qulaqsız qala bilərmiş
06.07.2009 - 16:18
Runi qulaqsız qala bilərmiş
“Mançester Yunayted”in futbolçusu Ueyn Runi kuryoz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İngiltərə yığmasının da şərəfini qoruyan 24 yaşlı hücumçu yaxtada istirahət edərkən qulağını zədələyib. Ona San-Trope xəstəxanasında 45 tikiş qoyulub. Ueyn az qala sol qulağında mərcəyi qopardacaqmış. Ancaq həkimlər yırtıq yeri tikə biliblər. Onların proqnozuna görə, futbolçunun görünüşü zərər çəkməyəcək.

Runi səhər tezdən San-Tropedən gecə klubundan icarəyə götürdüyü yaxta ilə qayıdarkən xəsarət alıb. Yaxtanın ekipajı Runini tez sahilə çatdırıb və təcili-tibbi yardım çağırıb. Oradan yerli xəstəxanaya aparılan Ueyniyə plastiki əməliyyat edilib. Futbolçu qulağına qoyulan sarğını iki həftəyə yaxın daşımalı olacaq.
0