“Bakıdakı oyunda qol vurmaq əla olardı”
06.07.2009 - 16:44
“Bakıdakı oyunda qol vurmaq əla olardı”
Trnava “Spartak”ının kapitanı Peter Dolejay Slovakiya mətbuatına fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, müdafiəçi avroliqanın birinci təsnifat mərhələsində Bakının “İnter” klubu ilə keçiriləcək oyun haqda danışıb: “İlk görüşü yaxşı əhval-ruhiyyədə tərk etdik. Görək cavab oyununda nə olacaq. Bilirəm ki, çətinliklə üzləşəcəyik. Növbəti mərhələyə adlamaq üçün hər şey edəcəyik. Bakıda bizə rəqibin imkan verməsindən asılı olaraq, öz gücümüzü meydanda göstərəcəyik. İstənilən halda, doğma divarlar arasında 2 qol vurmuşuq. Bu amildən yararlanmalıyıq”.

Bakıdakı matçın necə nəticələnəcəyinə gəlincə, futbolçu bildirib ki, bu haqda danışmaq düzgün olmazdı: “Ola bilsin ki, Bakıda qalib gələcəyik və ya əksinə, uduzacağıq. Əminliklə bir söz deyə bilərəm: bizi səfərdə çətin oyun gözləyir. Azərbaycandakı qarşılaşmada qol vurmaq əla olardı. Rəqib Trnavada göstərdi ki, mübarizə aparmağı bacarır. Bakıda isə ikiqat çətin olacaq”.
0