“Sən nə zaman adam olacaqsan?”
06.07.2009 - 17:04
“Sən nə zaman adam olacaqsan?”
“Qalatasaray” klubunun prezidenti Adnan Polat futbolçu Səbri Saroğlunu danlayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun azarkeşə butsu atmasıdır. Baş verənlərdən hiddətlənən Polat Saroğluya zəng edərək “Sən nə zaman adam olacaqsan” deyib.

Azarkeşin onunla şəkil çəkdirməsinə həvəsi olmayan və bu davranışı ilə problemi yaranan Səbri butsunu həmin tərəfdarın başına çırpıb. Bu, xoşagəlməz olay klub prezidentinin kefini pozub və onu futbolçu ilə əlaqə yaratmağa sövq edib: “Nə etmək istədiyini anlamıram. Bəzən harada olduğunu unudursan. İstəyirsən, mən təkrar xatırladım, sən “Qalatasaray”dasan. Artıq bu tip olayları istəmirəm. Sənə dəfələrlə şans verdik və kreditlərini hər səfərində tükətdin. Bir daha şansın olmayacaq”.
0