Hafiz Məmmədov: O vaxtlar mənə “Qarrinça” deyirdilər
06.07.2009 - 23:09
“Uşaqlıqdan futbola bağlı olmuşam. Məhəllədə komanda yaradıb, digər məhəllənin uşaqları ilə oynayardıq. Mən hələ 1972-1973-cü illərdən danışıram. Böyüklər mənə "Qarinça" deyirdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.
Futbola gəlişini yada salan Məmmədov ötən əsrin 70-ci illərində qatıldığı yarışdan danışıb: “70-ci illərdə Daşkənddə yarış var idi. Bizi ora göndərmişdilər. Komandamızın da adı "Şərq qapısı" idi. Finala qədər irəlilədik. Həlledici oyunda da Daşkəndin komandasına uduzduq. Daha dəqiqi, uduzdurdular. Hakimlərin əli ilə. Həmin uşaqların hamısı fitri istedad idi, amma "batıb" getdilər, üzə çıxaran olmadı. Naxçıvanda elə məhəllədə böyümüşəm ki, hamı futbolla nəfəs alıb”.
Bizneslə məşğul olduğundan vaxtının çoxunu ölkədən kənarda keçirdiyini bildirən Məmmədovu vurğulayıb ki, günlərin birində fanklub yaradıblar: “Başda AFFA-nın indiki vitse-prezidenti Elşad Nəsirov olmaqla. Tokioda Azərbaycan yığmasının forması ilə gəzəndə, bunu təəccüblə qarşılayırdılar. Deyirdilər, "Azərbaycan, xeyir ola?" Elşad əsl fanatdır, Azərbaycan futbolunu çox sevir. Mən, Elşad, Elxan Tağızadə, Mahir Məmmədov, Mais Əliyev - həmişə bir yerdə futbola getmişik. Mançesterə kimi gedib çıxmışıq. Günlərin bir günü Elşad Nəsirovla danışırdıq. O zaman Fuad Musayev AFFA-dan getmişdi. Elşad dedi ki, futbolla yaxından maraqlanırsan, gəl, bir komanda götür. Mən də bununla yaxından maraqlandım. Artıq futbola dərindən bağlanmışdım, ona görə bu vəziyyət yarandı. AFFA-da görüşəndən sonra komanda götürmək qərarına gəldik”.
“Bakı”nın prezidenti bu arada maraqlı bir hadisə də danışıb: “2000-ci ildə Avropa çempionatında Türkiyə ilə Portuqaliya oynayırdı. Görüşdən əvvəl türkiyəli futbolçularla görüşdüm. Əllərimi Arif Ərdəmin çiyninə qoyub söylədim ki, 8 milyonluq Azərbaycan səndən qol gözləyir. Matçın gedişində penalti oldu, başqası vururdu. Birdən elə bil sözlərim Arifin yadına düşdü, topu həmin oyunçudan alıb, özü vurmaq qərarına gəldi. Zərbəsi də qapının üstündən getdi. Bunları boş yerə söyləmədim. Necə deyərlər, orada futbola azarkeşlik et, burada et, nəhayət, klub yaratmaq qərarına gəldim. Kimlə? Yaşar Seyidovla! Yaşar gəldi, Nail Əliyevlə birgə onunla söhbət etdik. Sonra Seyidov gedib bunu dəqiqləşdirdi və bizimlə razılaşdı. Bununla da, olduq "Dinamo"nun - "Bakı"nın sahibi”.

0
0