Rəşad Sadıqov Azərbaycana qayıdır
06.07.2009 - 23:14
Rəşad Sadıqov Azərbaycana qayıdır
“Heyətimizdə problemlər olduğu üçün Rəşad Sadıqovu köməyə çağırdıq. O, isə bizimlə bir dəfə də pul söhbəti eləmədi. Bircə onu dedi ki, Avroliqada "Qarabağ"a can-başla xidmət etməyə hazırdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl deyib.

Milli komandamızın kapitanını buraxmaq fikrində olmadıqlarını bildirən Çəlikəlin iddiasına görə, artıq hər şey həll olunmaq üzrədir: “Avroliqa oyunlarından sonra da Rəşadı buraxmaq fikrində deyilik. Yəqin ki, burda qazandığını Superliqada qazanmayacaq. Hər şey edəcəyik ki, komandamızda qalsın. Sadıqov ən azı gələn mövsümün sonunadək "Qarabağ"ın şərəfini qoruyacaq. Bu məsələ artıq həll olunmaq üzrədir".