“Lokomotiv” azərbaycanlı futbolçunu istəmədi
07.07.2009 - 10:39
“Lokomotiv” azərbaycanlı futbolçunu istəmədi
“Lokomotiv” azərbaycanlı futbolçu Aleksandr Əliyevdən imtina edib. Apasport.az saytının məlumatına görə, Yuri Syomin Moskva təmsilçisinin sükanı arxasına qayıdandan sonra Kiyev “Dinamo”sunda rəhbərliyi altında oynayan 25 yaşlı soydaşımızın keçidi gündəmdə idi. Ancaq “Lokomotiv”in prezidenti Nikolay Naumov bununla bağlı verdiyi açıqlamada həm Əliyev, həm də onun komanda yoldaşı Artyom Milevskinin məsələsinə son qoyub: “Bu transferlər planlarımıza daxil deyil”.

Qeyd edək ki, “Dinamo”nun yeni baş məşqçisi Valeri Qazzayevin son yoxlama oyununda kapitan sarğısını etibar etdiyi Əliyev Ukrayna yığmasının əsas futbolçularındandır.