Zeynal Məmmədov: ...Onunla elə bu gün müqavilə bağlayardıq
07.07.2009 - 12:19
“Baxışa çağırdığımız Kristian Muşkalu çox xoşuma gəlib. Bosniyada oynayan bu rumın futbolçu gənc, perspektivlidir. Solaxay oyunçunun transferinə onun meneceri ilə söhbətimdən sonra aydınlıq gələcək”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
ÇL-in ikinci təsnifat mərhələsində Litva “Ekranas”ı ilə oyuna hazırlıq məqsədilə Sloveniyanın Ptuj şəhərində təlim-məşq toplanışı keçən “Bakı”nın məşqçilər korpusu baxışda olan braziliyalı hücumçu Feliks Felipe ilə yanaşı, rumıniyalı yarımmüdafiəçi Kristian Muşkalunu da bəyənib. Ancaq Məmmədovla söhbətdə məlum oldu ki, Felipedən fərqli, Muşkalunun ciddi zədə problemi var: “Onun topuq nahiyəsində yırtıq əmələ gəlib. Kristian ayağının ağrımadığını desə də, onu müayinədən keçirdiyimiz zamanı tam fərqli vəziyyət ortaya çıxdı. Həkimlərin dediyinə görə, futbolçu ağrılardan güclə dözürmüş. Zədənin tam sağalmasına təxminən ay yarım vaxt lazımdır. Belə olan halda, Çempionlar Liqasında onun xidmətindən yararlana bilməyəcəyik. Muşkalunu indiki vəziyyətində oynatsaq, zədəsi ağırlaşa və daha pis fəsadlar verə bilər. Bizə sol cinah yarımmüdafiəçisi lazımdır və Kristianın sol ayağı ilə çox yaxşı oynaması üstünlükdür. Danışıqlar aparmaq üçün menecerin yolunu gözləyirəm. Əgər transfer qiyməti bizim üçün münasib olarsa, onu alacağıq. Əks təqdirdə, zədəli futbolçuya çox pul xərcləmək nəyimizə lazımdır?”
Türkiyə Superliqasında çıxış edən braziliyalı futbolçular – yarımmüdafiəçi Serjio Paşeku de Oliveyra ilə hücumçu Jaba da “Bakı”nın maraq dairəsindədir. Ancaq vitse-prezident bu transferlərin baş tutmasını real saymır: “Yəqin ki, Felipe ilə Muşkalu “Ekranas”la oyun öncəsi son transferlərimiz olacaq. Kristianın zədə problemi ortaya çıxmasaydı, onunla da elə bu gün müqavilə bağlayardım. Serjionun “Sivasspor”dakı statistikası ilə tanışam. Türkiyə ilə əlaqələri da işə salıb, haqqında bir neçə nəfərdən soruşmuşam. Paşekunun son bir ildə oyun praktikası sarıdan korluq çəkməsi əsas problemdir. Jabanın isə müştəriləri çoxdur. Hücumçu “Bakı” da daxil olmaqla, çoxlu təkliflər alıb. Buna görə də dəvətimizdən imtina edir”.

0
0