Lüksemburq – Azərbaycan görüşünün vaxtı bəlli oldu
07.07.2009 - 14:08
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının lüksemburqlu həmyaşıdları ilə yoldaşlıq görüşünün başlanma saatı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, avqustun 11-də keçiriləcək bu oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Lüksemburq – Azərbaycan görüşü “Lüksemburq-Cents” stadionunda baş tutacaq.
0
0