“İnter”in Bakı, “Simurq”un Təl-Əviv biabırçılığı
09.07.2009 - 21:54
Bu gün iki komandamız avroliqanın ilkin təsnifat mərhələsində növbəti oyunlarına çıxıb. Apasport.az saytının məlumatına görə, “İnter” (Bakı) və “Simurq” (Zaqatala) cavab görüşlərində də məğlub olmaqla mübarizəni dayandırıblar.
“İnter” mərhələ keçməyə daha yaxın olsa da, yaranan şansdan bəhrələnə bilməyib. Bakılılar ilk oyunda Trnavada 1:2 hesabı ilə uduzduğu “Spartak”dan bu dəfə 3 qol yeyib. Hərçənd, komandamız erkən qol vursa da, sonadək üstünlüyü qoruya bilməyib və 1:3 hesablı məğlubiyyətlə barışıb. Bununla, az öncə baş məşqçi postuna gətirilən gürcü çalışdırıcı Kaxaber Sxadadzenin klubdakı “siftə”si uğursuz alınıb.
Zaqatalalılar isə debüt etdiyi turniri qol vurmadan tərk edib. Belə ki, ötən həftə 0:1 hesabı ilə yenilən “Simurq” Təl-Əvivdən də məyus qayıdır. Əyalət təmsilçisinin rəhbərliyi səfərə iddialı açıqlamalar verib yollansalar da, meydan sahibləri komandamıza heç bir şans verməyib. 27-ci dəqiqədə hesabı açan Galvan ikinci hissədə də qol vuraraq, dubla imza atıb. Matçın son dəqiqələrində isə Bakıda vurulan yeganə qolun müəllifi Biton fərqlənib və rəqib komandamızı böyük hesablı məğlubiyyətlə yola salıb.
Beləliklə, avroliqadakı üç komandamızdan ikisi mübarizəni ilkin mərhələdəcə dayandırdı. Ümid qalır “Qarabağ”a. Ağdamlılar isə iyulun 16-da Osloda “Rusenborq”la üz-üzə gələcək.
19.00. “İnter” (Azərbaycan) – “Spartak” (Slovakiya) - 1:3
QOLLAR: Anhel Qutyerres, 11 - İqor Sukennik, 34; Vladimir Kojux, 40, Roman Proxazka, 46
Hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Tomislav Şetka, Dalibor Konçar, İqor Krıjariç (hamısı Xorvatiya)
Hakim-inspektor: Kosimo Bolognino (İtaliya)
UEFA nümayəndəsi: Joel Volf (Lüksemburq)
İlk oyun – 1:2
“İnter”: Raymundo Vilson, Danielo Assioli, Əliyar İsmayılov (k), Samir Abbasov, Bronislav Çervenko, Mahir Şükürov, Petar Zlatinov, Aleksandr Çertoqanov, Cavid Hüseynov, Anhel Qutyerres, Valter Quqlemon
“Spartak”: İvitsa Kralj, Peter Dolejay, Roman Proxazka, Peter Duris, Vladimir Kojux, Kamil Kopunek, Martin Hruska, Lüboş Hanzel, Yozef Kotula, Çeik Amdi Queye, İqor Sukennik
21:00. “Bney Yehuda” (İsrail) – “Simurq” (Azərbaycan) - 3:0
QOLLAR: Galvan, 27: 66; Biton, 90+1
Hakimlər: Radek Priqoda, Lyudek Lqodak, İvan Teuber, Roman Hrubeş (hamısı Çexiya)
Hakim-inspektor: Yuri Dupanau (Belarus)
UEFA nümayəndəsi: Karmelo Bartolo (Malta)
İlk oyun – 1:0
“Bney Yequda”: Ayenuqba, Qarrido, Gderi, Rali, Mort, Jairi, Baldut, Atar, Galvan, Zaid, Radi.
“Simurq”: Mehtiyev, Malıgin, Sokolov, Bulıçev, Çxetiani, Bolkvadze, Qunçak, Artyux, Məmmədov, Petrov, Axalkatsi.

0
0