Qapıçı dopinqdə ilişdi
07.07.2009 - 15:51
Qapıçı dopinqdə ilişdi
İngiltərənin məşhur “Şeffild Yunayted” klubunun qapıçısı Peddi Kenni dopinqdə ilişib. Apasport.az saytının məlumatına görə, birinci divizionda mübarizə aparan komandanın 31 yaşlı irland qapıçısının qanında istifadəsi qadağan olan maddə - efedrin tapılıb.

Kenninin mayda çempionat oyunlarının birində qanından götürülən dopinq test müsbət nəticə verib. Artıq “Şeffild Yunayted” klubu qapıçısına diskvalifikasiya qoyub. Ancaq bu, məxfi xarakter daşıdığından, onun detalları açıqlanmır.

Qeyd edək ki, Kennini İngiltərə Futbol Assosiasiyasının sanksiyası gözləyir. Bu, iki ilə qədər cəza ola bilər. 2002-ci ildən “Şeffild Yunayted”də çıxış edən Peddi milli komandasında 7 oyun keçirib.