Adriano hot-doq yeyib, qarın ağrısına düşdü
07.07.2009 - 18:02
Adriano hot-doq yeyib, qarın ağrısına düşdü
Braziliyalı futbolçu Adriano xoşagəlməz vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, öz ölkəsində “Flamenqo” klubunun şərəfini qoruyan 27 yaşlı hücumçu məşq öncəsi dostları ilə birgə yerli restoranların birinə baş çəkib. Orada hot-doq yeyən futbolçunun səhhəti qəflətən pisləşib.

Qarın ağrısına düşən Adriano klub rəsmilərinə zəng vuraraq, 2 saat sonra başlanacaq məşqə qatıla bilməyəcəyini söyləyib. “Flamenqo”nun həkimi Marselo Suaris də futbolçunun səhhətində problem yarandığını təsdiqləyib və bir neçə gün məşqlərdən kənarda qalmağı məsləhət görüb.

Qeyd edək ki, mayda İtaliya “İnter”indən “Flamenqoya” keçən Adriano qısa müddət ərzində artıq üçüncü dəfədir müxtəlif səbəblərdən yeni komandasının məşqini buraxır.