Futbolumuzun “Şirzadı” və “komsomolçuları”
07.07.2009 - 23:15
Bu xəmir deyəsən, çox su aparacaq. Söhbət ölkə futbolunda, daha dəqiq desək, qalmaqalsız həftəsi olmayan, adı 52 min oyunda hallandırılan Azərbaycan hakimliyindən gedir.
Martdan bəri fitsiz qalan Babək Quliyev ötən həftə keçirdiyi mətbuat konfransında Peşəkar Futbol Liqası (PFL) və Hakimlər Komitəsi (HK) rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirdi. Özü də necə? Quliyev sözünü dedi, sahibi də payını götürdü. Çoxları bundan sonra “zərərçəkənlərin” məsələni hüquqi müstəvidə həll edəcəyini gözləsə də, onlar razılıq əlaməti olan susmağa üstünlük veriblər. Susmaq qızıldır axı...
Düzünə qalsa, çoxları kimi az da olsa, Quliyevin söylədiklərinə şübhə etmirəm. Amma onun tam səmimiliyinə o vaxt inanardım ki, məhz HK sədri ondan 2000 manat “şirinlik” istəyəndə, “Bakı” ilə matçda “Qarabağ”a kömək et” deyəndə mətbuat konfransı keçirərdi. Yaxud həmin görüşdə ağdamlılara əl tutardı və sonra kişi kimi deyərdi ki, cənab “Bakı” rəsmiləri, sizi mən uduzdurdum, çünki Xaqani Məmmədov belə sifariş etmişdi. Amma Quliyev bunu bacarmadı. Üstəlik, o, HK sədrinə 1500 manat rüşvət verdiyini etiraf etməklə, özünü və Məmmədovu çətin vəziyyətə saldı.
Əvəzində isə Premyer Liqa rəsmiləri hər açıqlamalarında bütün iradları rədd edərək deyirlər ki, çempionatın səviyyəsi günbəgün yox e, anbaan yüksəlir... Hansı səviyyədən danışırsınız? Hakimlərin səviyyəsindən? Məgər Quliyevin “HK sədrinə rüşvət vermişəm” deməsi, inkişafdır? Bəlkə, “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəlin Babəkə zəng etməsidir tərəqqi? Yoxsa, Quliyevin “Ramin Musayevin “Qarabağ”a simpatiyası var” deməsi, inkişaf sayılır?
5 il öncə haradansa gəlib futbolda peyda olanlar, nə olsun ki, şəninizə “onun ölkə futbolunda xidmətləri danılmazdır” deyirlər, cızdığınız bu “trayektoriya” yaxşı heç nə vəd etmir. Keçmişinizə baxın, səmimi olun! Sizin kimi, biz də kimin necə FİFA hakimi olmasından, hansı komandanın avroliqaya necə yüksəlməsindən xəbərdarıq! Zatən, bunu təkcə siz və biz yox, hamı bilir!
Nə gündəsən, Azərbaycan futbolu? Gör, başında kimlər qoz qırır? Bir ölkənin ki tanınmış komandasının prezidenti meydana çıxıb hakimi sillələyirsə, bir klubun vitse-prezidenti 17-ci dəqiqədə meydandan qovulan futbolçusuna görə, “görəsən, hakimə 1000 dollar versəm, onu meydana qaytararmı?” deyirsə, “düdüyü” əlindən alınan hakim “day-dayı” hesabına kef edib sonradan hakimliyə qayıdırsa, bəndənizə “o xəbəri sizə kim verib, yoxsa ehtiyat hakimi dəyişəcəm, məlumatınız düz çıxmayacaq” deyirsə, işsiz qalanda “AFFA-nı yeyib-dağıdırlar”, AFFA-nın çörəyini yeyəndə isə “hər şey əladır” deyirsə, bu “vətənpərvər” futbol adamlarından nə gözləyəsən?
Həqiqətən də pul, vəzifə çox şirindir. Azərbaycan futbolunda maddiyyat mənəviyyatı çoxdan ayağının altına salıb, tapdalayıb. Təbii ki, bu, hamıya aid deyil. Amma əksəriyyət pul, kreslo naminə şərəf, namus və vicdan məfhumlarını bazara çıxarır. Bizim futbolu kimlər çirkinləşdirir? Əlbəttə, mənəviyyatı çirkin olanlar, şəxsi mənafeyini Azərbaycan futbolunun inkişafından üstün tutanlar. İndi özünüz müqayisə aparın: Azərbaycan futbol funksionerinin, məşqçisinin, hakiminin şou-biznesdə hoppanıb-düşən “qəhrəmanlar”dan nə fərqi var? Onlar forma etibarilə ilə fərqlənsələr də, mahiyyət etibarilə eyni bezin qırağıdırlar.
Nə gündəsən, Azərbaycan futbolu? Gör, başında kimlər qoz qırır? Bir ölkənin ki ən “tanınmış” hakimi dələduzluq edib özünü telekanalların birində MTN əməkdaşı kimi qələmə verirsə və oradan sillə-təpiklə qovulursa, hansı səviyyədən, hansı peşəkarlıqdan danışmaq olar? Bir hakim ki, Ağstafa-Bakı qatarında ukraynalı Konkovla məlum olaylara görə hakimlikdən uzaqlaşdırılırsa və sonradan hansısa yollarla birbaşa HK sədri olursa, hansı şəffaflıqdan danışmaq olar?
Məşhur filmdə deyildiyi kimi, Şirzad kimi “partkomu” olanın, belə də komsomolu olar!
Gör nə gündəsən, Azərbaycan futbolu? Gör nə gündəsən, Azərbaycan hakimi?
İxtiyar ƏSGƏROV

0
0