Ronaldonun formaları oğurlandı
08.07.2009 - 10:01
Ronaldonun formaları oğurlandı
Dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldonun Madridin “Real” klubunda 300 forması oğurlanıb. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun “Mançester Yunayted”in 93,4 milyon avroya transfer etdiyi 24 yaşlı portuqaliyalı yarımmüdafiəçinin təqdimetmə mərasiminə olduğu kimi, formasının satışına da böyük axın var. Ronaldonun təqdimatı bitəndən iki saat sonra “Kral klubu”nun firma mağazasında təxminən 2000 geyim satılıb. Daha 300-ü isə oğruların payına düşüb. “Real”da məşhur hücumçu Alfredo Di Stefanonun daşıdığı “9 nömrə”ni götürən Ronaldonun adı yazılan formanın qiyməti 85 avrodur. Qiymətin belə yüksək olmasına baxmayaraq, mağazalarda daim növbə müşahidə olunur.