Mircavadov yeni simalarla Superliqa təmsilçisinə qalib gəldi
08.07.2009 - 21:41
Mircavadov yeni simalarla Superliqa təmsilçisinə qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” klubu növbəti yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, 3 gün öncə “Kasımpaşa”ya yenilən (0:1) Ağasəlim Mircavadovun yetirmələri digər Superliqa təmsilçisi “Eskişəhərspor”a qarşı çıxıb.

Bakı vaxtı ilə saat 20.00-da start fiti verilən oyunda “Xəzər Lənkəran”ın start heyəti belə olub:

Dmitri Kramarenko – Ruslan Poladov, İvan Peça, Denis Silva, Radomir Todorov – Devran Ayhan, Rahid Əmirquliyev, Nizami Hacıyev, Ceyhun Sultanov – Denis Kalinkov, Du Bala.

Əsl adı Eduardo Roberto dos Santos olan Du Bala braziliyalıdır və son mövsümü Bolqarıstan “Slaviya”sında keçirib. Bu oyunda meydana daha bir forvardın çıxacağı gözlənilirdi. Konqolu Gulyein Ndumbu Nsunqu karyerasının böyük hissəsini İngiltərədə keçirib və bir neçə il öncə hətta “Kardiff Siti”nin şərəfini qoruyub.

Onu da əlavə edək ki, bu matçda Kamran Ağayev, Junior Osvaldo, Mario Souza və İvan Svetkov iştirak etməyiblər.

Az öncə başa çatan oyunda Lənkəran təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
0