33 yaşlı futbolçu meydanda öldü
08.07.2009 - 12:08
Rumıniyalı futbolçu Mihay Bayku 33 yaşında dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, iki il öncə peşəkar karyerasını başa vuran Mihay həvəskarların görüşü zamanı meydanda ölüb. Dostları ilə futbol oynayan Baykunun ürəyində sancılar baş verib. Rumıniyalı idmançının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, karyerası boyu yerli “Farul” və “Çahlaul” klublarında oynayan Bayku Rumıniya çempionatında 112 oyun keçirib və 31 qol vurub. O, “Farul”da çıxış edən zamanı iki komanda yoldaşı ilə birgə dopinq qalmaqalına düşüb.

0
0