“Neftçi”nin bəyənmədiyi futbolçu Hollandiyada
08.07.2009 - 15:18
“Neftçi” klubunun sabiq futbolçusu Co Kendrik karyerasını Hollandiyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, alman çalışdırıcı Hans-Yurgen Gedenin vaxtında flaqmana cəlb olunmuş irland müdafiəçi hazırda “Vaalveyk” komandasında baxışdadır.
O, dünən PSV ilə yoxlama matçında forma geyinib. Lakin əzələsi dartıldığından Kendrik 2:2 hesabı ilə nəticələnən oyunu yarımçıq dayandırıb. “Vaalveyk”in baş məşqçisi onu 28-ci dəqiqədə əvəzləmək məcburiyyətində qalıb.
Ötən mövsümün yekunlarına əsasən, “Vaalveyk” Hollandiya çempionatının ən yüksək liqasına vəsiqə qazanıb.
Xatırladaq ki, “Neftçi” klubu Conu ötən ilin noyabrında İrlandiyanın “Droheda” komandasından almışdı. Flaqmanın heyətində bir neçə oyunda əsas heyətdə yer almış Kendrik sonradan əvəzedici komandaya göndərilmişdi. Buna görə də irlandiyalı mövsüm bitən kimi, Azərbaycanı tərk etmişdi.

0
0