Əmrah Çəlikəl: Kim deyir ki, Zaur Ramazanovu transferə çıxarmışıq?
08.07.2009 - 16:07
“Zaur Ramazanovu transferə çıxarmışıq? Siz nə danışırsınız, o transferə çıxarılsaydı, hamıdan əvvəl mənim bundan xəbərim olardı. Kim nə istəyirsə, onu da yazır da...”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl deyib.
Hazırda komanda ilə birgə Türkiyədə olan Çəlikəl Zaur Ramazanovun transferə çıxarılmasını təkzib edib. O, səhhətində problem olan 33 yaşlı futbolçunun müalicə olunduğunu təsdiqləyib: “Vallah Ramazanovun komandadan ayrı düşməsi sağlıq durumundakı problemlə bağlıdır. 10 gündür Türkiyədə olduğumdan Zaurla görüşə bilməmişəm. Və bu səbəbdən də məşqlərə qatıla bilmir. Yəni, son vaxtlar düşərgəmizdə olmaması üzrlü səbəbdəndir. Bunu başa düşürük. Futbolçunun xəstəlik ucbatından hazırlıqdan kənarda qalması normal haldır. Avroliqa oyunlarına qədər sağalsa belə, hazırlıq baxımından problemi olacaq. Çünki xeyli vaxtdır məşqlərdə iştirak etmir, qarşıda isə ciddi sınağımız var. Buna görə də Ramazanovun adı UEFA-ya göndəriləcək iştirak ərizəsində olmayacaq”.
Qeyd edək ki, Zaur Ramazanovun “Qarabağ”la 2 illik müqaviləsi var.

0
0