Türkiyə Futbol Federasiyası “Qarabağ”a problem yaradır
08.07.2009 - 16:51
“Qarabağ” rəhbərliyi Avroliqa oyunları üçün iştirak ərizəsini sabah UEFA-ya göndərəcək. Bu haqda apasport.az saytına komandanın baş direktoru Əmrah Çəlikəl məlumat verib. O bildirib ki “Rusenborq”la (Norveç) görüşlərə sifariş olunacaq heyət müəyyənləşsə də, Rəşad Sadıqova görə gözləmə mövqeyi tuturlar: “Çünki Rəşadın transfer vərəqəsini ala bilməmişik. O, son vaxtlar “Kocaelispor”da oynayıb və Türkiyə Futbol Federasiyası transfer vərəqəsini göndərməlidir. Bundan sonra Rəşad Avroliqada komandamızın heyətində meydana çıxa bilər. Sabah bu məsələ həllini tapmalıdır və bundan sonra iştirak ərizəsini göndərəcəyik”.
Çəlikəl Avroliqanın ikinci təsnifat mərhələsi üçün 19 futbolçunu sifariş etməyi nəzərdə tutduqlarını söyləyib: “Onların arasında müdafiəçi Azər Məmmədov yoxdur. Çünki artıq komandamızın sıralarında deyil. İlk oyunu səfərdə keçirəcəyimizdən Türkiyədə hazırlıq prosesi iyulun 13-dək davam edəcək. Həmin gün komandamız hazırlıq keçdiyi Qıcılcahamamdan İstanbula gələcək və orada bir gün qalıb, yol yorğunluğunu çıxaracaq. İyulun 14-də isə İstanbuldan Osloya yollanıb, bizim üçün nəzərdə tutulan məkanda qalacağıq”.

0
0