İvan Svetkov “Xəzər-Lənkəran”dan ayrı düşdü
08.07.2009 - 17:00
İvan Svetkov “Xəzər-Lənkəran”dan ayrı düşdü
Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubunun futbolçusu İvan Svetkovun səhhətində problem yaranıb. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı hücumçunun burnu sınıb. O, 3 gün öncə "Kasımpaşa" ilə oyunda zədələnərək, meydanı yarımçıq tərk edib. Artıq Svetkov müalicə olunmaq üçün Serbiyanın paytaxtı Belqrada - şəxsi həkiminin yanına yollanıb.