İsgəndər Cavadov və Maşallah Əhmədov Salyana gedir
08.07.2009 - 17:09
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM ) İctimai Birliyi Salyanın Qaraçala qəsəbəsində yeniyetmə futbolçulardan ibarət komandaların iştirakı ilə futbol turniri keçirəcək. Mərkəzin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, AFFA-nın Regional Futbol Federasiyası ilə birgə təşkil olunan yarış “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun gerçəkləşəcək.
Yarış iyulun 12-də saat 15:00-da start götürəcək. Neftçala, Şirvan, Salyan və Qaraçala komandalarının mübarizə aparacağı turnirin qalibi elə həmin gün müəyyənləşəcək.
ATXƏM-in dəvəti ilə AFFA-nın Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov və vitse-prezident Maşallah Əhmədov da Salyana təşrif buyuracaq. Turnirdə fərqlənən oyunçulara və qalib komandaya diplom, fəxri fərman və digər qiymətli hədiyyələr veriləcək.

0
0