Türkmənistan yığmasının qapıçısı “Neftçi” klubunda!
09.07.2009 - 23:00
“Neftçi” Türkiyənin İzmit şəhərinin Kartəpə vilayətində təlim-məşq toplanışını davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, fiziki hazırlığa üstünlük verilən səhər məşqindən fərqli, axşam hazırlığında top daha çox istifadə olundu. Futbolçular taktiki çalışmalar üzərində işləyib, ikitərəfli oyunla məşqi başa vurdular. Məşqdə daha bir yeni futbolçu, Türkmənistan yığma komandasının qapıçısı Pavel Xarçik iştirak edib. Rusiyada “Rubin” və “Anji”dəki cıxışları ilə tanınan 30 yaşlı qapıçı bir müddət “Neftçi”nin heyətində baxışda olacaq.
0
0