Kriştianu Ronaldo 173 min avroya maşın satır
10.07.2009 - 12:00
“Mançester Yunayted”dən “Real”a rekord məbləğə transfer olan Kriştianu Ronaldo iki avtomobilini satmaq məcburiyyətində qalıb. Apasport.az saytının məlumatına görə, buna səbəb həmin maşınlarda sükanın sağ tərəfdə olmasıdır.
İspaniyada sükanı sol tərəfdə olan avtomobillərin sürüldüyünü nəzərə alan portuqaliyalı futbolçu “Bentli” və “Mercedes C 220”ni internet vasitəsilə satışa çıxarıb. “Bentli” 11 min kilometr sürülüb və onun qiyməti 173 min avrodur. “Mercedes C 220” isə 12 500 avroya satılır.
Qiymətinin ucuzluğuna görə “Mercedes”in “Bentli”dən əvvəl satılacağı gözlənilir.

0
0