Azərbaycan - Almaniya matçı canlı yayımlanacaq
10.07.2009 - 13:30
Azərbaycan - Almaniya matçı canlı yayımlanacaq
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək matç canlı yayımlanacaq. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, qarşılaşmanı AzTV telekanalı vasitəsilə canlı izləmək mümkün olacaq.

Avqustun 12-də baş tutacaq oyunun yayımının sponsoru “Azercell” şirkətidir. Adıçəkilən şirkət ötən ay Uels və İspaniya ilə Bakıdakı görüşlərin də yayımına sponsorluq edib.

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq.
0