“Fənərbaxça”nın məşqində futbolçular dalaşdı
10.07.2009 - 14:28
“Fənərbaxça”nın məşqində futbolçular dalaşdı
Türkiyənin “Fənərbaxça” futbol komandasının bu günkü məşqində qalmaqal baş verib. Apasport.az saytının lent.az-a istinadən verdiyi məlumata görə, Gökhan Gönül və Kolin Kazım arasında söz savaşı davaya çevrilib.

Hadisə ikitərəfli oyun zamanı sarı formalı komandada yer alan bu iki futbolçunun ağ formalı komandanın hücumunda Abdulkadiri gözdən qaçırmasından sonra baş verib. Nəticədə gənc futbolçu qol vurub. Bu qolun ardından Gökhanla Kazım arasında mübahisə başlayıb. Mübahisə Gönülün Kolini itələməsi ilə böyüyüb. Araya girən Volkan Dəmirəl və Roberto Karlos onları ayırıblar. Sonradan Kolin yenidən Gökhana tərəf hərəkət edib. Komanda yoldaşları və baş məşqçisi Kristof Daum onların barışacaqlarını düşündüyü vaxtda ortalıq yenə qarışıb. Bundan sonra olaya müdaxilə edən Daum hər iki futbolçudan formalarını çıxararaq, məşq meydançasını tərk etmələrini tələb edib. Gökhan və Kolin əsəbi tərzdə formalarını çıxararaq, ayrı-ayrı istiqamətlərə yönəliblər.

Gərgin anlar zamanı Gökhanın Kazımı vurduğu bildirilir.
0