“Qarabağ” “Antalyaspor”a qalib gəldi
10.07.2009 - 15:23
“Qarabağ” klubu Avroliqaya hazırlıq prosesi çərçivəsində son yoxlama matçını keçirib. Apasport.az-ın klubun rəsmi İnternet saytına istinadən məlumatına görə, Türkiyədə təlim-məşq toplanışı keçən Ağdam komandası yerli “Antalyaspor”la qarşılaşıb.
Oyun Qurban Qurbanovun yetirmələrinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Qollara 17-ci dəqiqədə Elvin Məmmədov, 32-ci və 54-cü dəqiqələrdə isə Vüqar Nadirov imza atıb.
Qeyd edək ki, “Qarabağ” iyulun 16-da Norveçdə Avroliqanın ikinci təsnifat mərhələsinin ilk görüşündə “Rusenborq”la qüvvəsini sınayacaq.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0