Azarkeşlərə müjdə: Azərbaycan - Almaniya görüşünün biletləri satışa çıxarılır
10.07.2009 - 17:47
Azarkeşlərə müjdə: Azərbaycan - Almaniya görüşünün biletləri satışa çıxarılır
Azərbaycan və Almaniya milli komandaları dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək matçın biletləri sabahdan etibarən satışa çıxarılacaq. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, qarşıdakı oyun üçün 29 min bilet çap olunub: “Azarkeşlər biletləri müxtəlif yerlərdə - alış-veriş mərkəzlərində, AFFA-nın inzibati binasında, stadionun kassalarında və İnternet vasitəsilə ala bilərlər. Yəni, onların biletləri rahat əldə etmələrinə şərait yaratmışıq. Amma bəri başdan deyim ki, stadionun kassalarına biletlər bir neçə gündən sonra veriləcək”.

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna 2, 4, 6, 8 və 10 manatlıq biletlər satılacaq. 800 yerlik VIP lojaya bir biletin qiyməti isə 50 manata bərabərdir.
0