Diskotekaya getmək olmaz!
10.07.2009 - 18:36
Diskotekaya getmək olmaz!
Almaniyanın “Bavariya” klubunun yeni baş məşqçisi Lui van Qal futbolçuların diskotekaya getməsinə qadağa qoyub. Apasport.az saytının məlumatına görə, münhenlilər bu məqsədlə bir neçə şəxsi agent tutmağı düşünür. Onlar futbolçuların istirahət vaxtını necə keçirmələrini izləyərək, bu haqda holland mütəxəssisə məruzə edəcəklər.

“Bavariya”nın idman direktoru Kristian Nerlinger baş məşqçinin qərarına izahat verib. Onun sözlərinə görə, rəhbərlik futbolçuların özlərini peşəkarcasına aparmasını istəyir.

Bu qərardan komandanın türkiyəli futbolçusu Hamit Altıntop narazılıq edib. Türkiyə milli komandasının da şərəfini qoruyan yarımmüdafiəçi hesab edir ki, iş və şəxsi həyatı bir-birindən ayırmaq lazımdır. Hamit onu da bildirib ki, hələ onlara diskotekaya getməyə qadağa qoyulması haqda məlumat verilməyib.

Almaniya yığmasında da çıxış edən Miroslav Kloze isə türkiyəli komanda yoldaşının dedikləri ilə razılaşmır. Onun sözlərinə görə, hər bir futbolçu özünü peşəkarcasına aparmalıdır: “Mən hər gün diskotekaya gedən və sonda pis oynayan futbolçuları tanıyıram”.
0