Daha iki futbolçu “Simurq” klubundan kənarlaşdırıldı
13.07.2009 - 11:04
Daha iki futbolçu “Simurq” klubundan kənarlaşdırıldı
Avroliqanın birinci təsnifat mərhələsində biabırçılıqla üzləşən “Simurq” klubunu daha iki futbolçu tərk edib. Apasport.az saytının məlumatına görə, gürcü müdafiəçi Mixail Maxviladze və yarımmüdafiəçi Aleksandr Popoviç Zaqatala təmsilçisinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, Avroliqada “Bney Yehuda” ilə oyun öncəsi gürcüstanlı futbolçu Qriqol Dolidze də “Simurq”dan qovulmuşdu. Klub rəsmiləri İsraildə baş tutan təkrar matçdan sonra ukraynalı Vladimir Mazyarın da heyətdən kənarlaşdırılacağını istisna etməmişdi.
0