“Olimpik-Şüvəlan” səfərə çıxır
13.07.2009 - 11:41
“Olimpik-Şüvəlan” səfərə çıxır
Quba Olimpiya kompleksində hazırlığı başa çatdıran “Olimpik-Şüvəlan” klubu bu gün Bakıya qayıdıb. Apasport.az saytının məlumatına görə, axşam "Şəfa" stadionunda məşqı çıxacaq paytaxt təmsilçisi sabah eyni məkanda ADBTİA-nın futbol komandası ilə yoldaşılq görüşü keçirməyi nəzərdə tutub.
İyulun 21-dək Bakıda məşq edəcək "Olimpik-Şüvəlan" klubu daha sonra Gürcüstana yola düşəcək və Premyer Liqaya hazırlığın son mərhələsini qonşu ölkənin paytaxtında keçəcək. Gürcüstanda 4 yoxlama oyunu keçirməyi planlaşdıran Əsgər Abdullayevin komandası avqustun 1-də Bakıya qayıdacaq.
0