Norveçdən iddialı bəyanat: “Qarabağ”a erkən qol vurmalıyıq!
13.07.2009 - 12:06
Norveçdən iddialı bəyanat: “Qarabağ”a erkən qol vurmalıyıq!
Norveçin “Rusenborq” klubunun baş məşqçisi Erik Hamrin iyulun 16-da Avroliqanın ikinci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək görüş barədə danışıb. Apasport.az saytının məlumatına görə, Hamrin bildirib ki, rəqib komanda haqda xeyli informasiyaya malikdir və yaxşı nəticə qazanmaq üçün “Qarabağ”a erkən qol vurmaq lazımdır: “Avroliqada “Qarabağ”la yaxşı oyun olacaq. Çünki avrokubok matçı daxili çempionatdan fərqlənir. Rəqib haqda məlumat toplaya bilmişik. Erkən qol vurub, lazım olan qələbəni qazanmalıyıq”.

Xatırladaq ki, tarixi ərzində 11 dəfə Çempionlar Liqasının qrup mərhələsində oynamış 20 qat Norveç çempionu ötən il UEFA kubokunun qrupunda mübarizə aparıb.
0