Erhan Altın yığmamızın kapitanından imtina etdi
13.07.2009 - 12:43
Belə getsə, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun “Dənzilispor”a keçidi baş tutmayacaq. Bir müddət əvvəl Dənizli təmsilçisinin baş məşqçisi postuna keçən Erhan Altın apasport.az saytına müsahibəsində bildirmişdi ki, Sadıqovu komandasında görməkdə maraqlıdır.
Amma Altın türk mətbuatına açıqlamasında deyib ki, ona 2 dayaq yarımmüdafiəçisi və 1 hücumçu lazımdır. Rəşad Sadıqov isə mərkəz müdafiəçisi mövqeyində oynayır və adətən libero funksiyasını yerinə yetirir.
Xatırladaq ki, yığmamızın kapitanı hazırda “Qarabağ”ın düşərgəsindədir.

0
0