Raykaard 9 futbolçunu “Qalatasaray”dan uzaqlaşdırır
13.07.2009 - 14:23
Raykaard 9 futbolçunu “Qalatasaray”dan uzaqlaşdırır
“Qalatasaray” klubunun baş məşqçisi Frank Raykaard islahatlarını davam etdirir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hollandiyalı çalışdırıcı 9 futbolçunu “Cim-Bom”dan kənarlaşdırır.

Az öncə 35 nəfərlik heyəti 25-dək endirəcəyini açıqlayan Raykaard istəmədiyi futbolçuların siyahısını Qazaxıstan “Tobol”u ilə oyundan sonra rəhbərliyə təqdim edəcək. Çox güman ki, “qara siyahı”ya qapıçı Aykut, eləcə də Mehmet Güven, Volkan, Özgürcan, Emirhan, Emrah, Caner, Cem Sultan və Yaser düşəcək.