“Qarabağ”ın Norveçdə “casus”u var
13.07.2009 - 16:07
“Qarabağ”ın Norveçdə “casus”u var
Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaq “Qarabağ” Norveçin “Rusenborq” klubu ilə görüşə sabah səhər yollanacaq. Apasport.az-ın klubun rəsmi İnternet saytına istinadən məlumatına görə, hazırda Türkiyədə olan Ağdam təmsilçisi İstanbul - Oslo - Tronheym reysi ilə uçacaq.

Hamıdan öncə komandanın bir nümayəndəsi Skandinaviyaya gedib. “Qarabağ”ın məşqçisi Drammen şəhərinə yollanaraq, Norveç çempionatının XVIII turu çərçivəsində “Stremqodset” - “Rusenborq” görüşünü izləyib, lazımi məlumatları toplayıb. Oyun “Rusenborq”un minimal hesablı qələbəsi ilə başa çatıb və Oslo klubu 41 xalla zirvədə yerini möhkəmləndirib.

Xatırladaq ki, “Qarabağ”ın norveçlilərlə görüşü iyulun 16-da baş tutacaq.