Hacıyevski: Heç-heçə haqda düşünmürük, fikrimizdə yalnız qələbədir
13.07.2009 - 18:02
Hacıyevski: Heç-heçə haqda düşünmürük, fikrimizdə yalnız qələbədir
“Yetirmələrimin ilk oyundan üstünlüyə yiyələnmələri lazımdır. Biz heç-heçə haqqında düşünmürük, fikrimizdə yalnız qələbədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski deyib.

Makedoniyalı mütəxəssis sabah Litvada yerli “Ekranas”la qarşılaşacaqları “Aukştatiya” stadionu ilə tanış olub. Arenadan razı qalan çalışdırıcını hava şəraiti də qane edir: “Bütün beynəlxalq standartlara cavab verən meydança çox gözəldir. Stadion özü isə balacadır, 5 minədək azarkeş tutur. Hava şəraiti də yaxşıdır. Fikrimcə, hər şey normal olacaq”.

Hacıyevski “Ekranas”la oyuna ciddi hazırlaşdıqlarını da vurğulayıb: “Sloveniyada çox yaxşı hazırlıq keçmişik. Komandaya yeni gələnlər adaptasiya dövrünü arxada qoyublar və klubumuzun mühitinə uyğunlaşıblar. Uşaqlar matça ciddi hazırlaşıblar”.

Mənbə: extratime.az
0