Yığmamıza 22 futbolçu çağırıldı
14.07.2009 - 10:48
Avqustun 1-dən 8-ə qədər Almaniyanın Frankfurt şəhərində, avqustun 9-dan 13-ə qədər Lüksemburqun Lüksemburq şəhərində təlim-məşq toplanışı və avqustun 11-də lüksemburqlu həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Bernard Lippert düşərgəyə 22 futbolçu çağırıb. Bunlar Elçin Sadıqov, Cavid İmamverdiyev, Eşqin Quliyev, Qeyrət Əliyev, Emin Cəfərquliyev, Aqil Məmmədov, Bəxtiyar Soltanov, Vüsal Səfərov, Rahid Əmirquliyev, Tural Nərimanov, Nodar Məmmədov, Maksim Medvedev, Rauf Əliyev, Taqim Novruzov, Fərrux Rəhimov, Şəhriyar Rəhimov, Əfran İsmayılov, Anar Qasımov, Vurğun Hüseynov, Pərvin Paşayev, Mixail Zaytsev və Cavid Rəhimovdur.
0
0