Hacıyevskinin mesajı: qısqanc, qəzəbli olmayın
14.07.2009 - 12:03
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Bakı” klubunun baş məşqçisi futbolçularına mesaj göndərib. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssis yeni transferlər nəticəsində sərəncamında olan futbolçular artandan sonra fikrə qərq olub.
Hacıyevski yetirmələrinə bir şeyi tövsiyə edib: “Mən onlara son məşqlərdə də dedim ki, heyətə düşməsəniz, qısqanc, qəzəbli olmayın. Başa düşürsünüz, hələ çox görüşlər olacaq. Hamı da vaxtı gələndə oynayacaq. Bütün futbolçulara şans verəcəyəm və onların hamısını iş başında görmək istəyirəm. Ancaq indi 24-25 futbolçumuzdan 11-i oyunu ilk dəqiqələrdən başlaya bilər. Kimin necə oynadığını görüş göstərəcək. Əgər həmin futbolçu yaxşı oynasa, komandaya nəticə qazandırsa, ehtiyatda olan oyunçular onun haqlı olaraq əsas heyətdə yer aldığını görəcək. Yəni o, həqiqətə də buna layiqdir. Əgər kimsə yaxşı oynamasa, bu zaman digər futbolçular meydana çıxmağa şans verəcəklər. Hesab edirəm ki, hazırlıq prosesimizdə oyunlarda heyətimizdə yaxşı balans yaranacaq. Təsadüfi deyil ki, yoxlama oyunlarında gücümüzü sınadığımız Xorvatiyanın “Hayduk”, “Riyeka” kimi klublar da “Bakı” haqda yüksək fikir bildiriblər. Açıq deyirəm ki, onlar “Ekranas”dan güclü komandalardır”.
Qeyd edək ki, Hacıyevski bu gün Azərbaycan təmsilçisi kimi avrokuboklarda debüt edəcək. İndiyədək bir çox ölkələrdə qitə miqyaslı turnirlərin iştirakçısı olan 54 yaşlı makedoniyalı məşqçi 2007-ci ilin sentyabrından “Bakı”da çalışır. Hacıyevski ötən mövsüm komandasını avrokuboklara çıxara bilmədi.

0
0