“Neftçi” Leonard Naydinlə müqavilə bağlayır
14.07.2009 - 13:51
“Neftçi” Leonard Naydinlə müqavilə bağlayır
Az öncə Valter Quqlemonla müqavilə imzalayan “Neftçi” daha bir futbolçunu heyətinə qatmağa yaxındır. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının apasport.az saytına verdiyi məlumata görə, baş məşqçi Böyükağa Ağayev baxışda olan Leonard Naydinin oyununu bəyənib. Rumıniyalı dayaq yarımmüdafiəçisi ilə yaxın günlərdə müqavilə bağlanacaq. 30 yaşlı futbolçu son mövsüm Rumıniya çempionatının gümüş mükafatçısı olan “Timişoara”da çıxış edib.

Baxışda olan Türkmənistan yığma komandasının qapıçısı Pavel Xarçiklə hollandiyalı mərkəz müdafiəçisi Angelo Marta “Neftçi”nin məşqçilər korpusu tərəfindən bəyənilməyərək geri göndərilib. Estoniyalı Taavi Rahn isə hələ də sınanmaqdadır. Böyükağa Ağayev müdafiəçi haqda yekun qərara gəlməyib.

İyulun 16-da və 19-da yoxlama oyunları keçirməyi planlaşdıran “Neftçi” Bakıya bu ayın 20-də dönəcək.