“Neftçi” klubunun planları dəyişdi
14.07.2009 - 13:59
“Neftçi” klubunun planları dəyişdi
Türkiyənin İzmit şəhərində təlim-məşq toplanışı keçən “Neftçi”nin planları dəyişib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, dünən iki yoxlama oyununa çıxmağı planlaşdıran flaqmanın heç bir görüşü baş tutmayıb. Buna İzmitdə hava şəraitinin kəskin pisləşməsi səbəb olub.

Əvəzində, “Neftçi” dünən yüngül məşqlərlə kifayətlənib. Bu gün isə komanda üzvlərinə istirahət verilib və onlar İstanbula gəzintiyə yollanıblar.

Çox güman ki, Bakı təmsilçisinin ilk yoxlama oyunu iyulun 16-da gerçəkləşəcək. Flaqmanın rəqibi hələlik bilinmir.
0