Futbolçularımız “Fənərbaxça”nın bazasına yollandılar
14.07.2009 - 15:20
Futbolçularımız “Fənərbaxça”nın bazasına yollandılar
AFFA-nın “Akademiya” (U15) komandası bu gün Türkiyənin İstanbul şəhərinə yollanıb. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, AFFA və “Fənərbaxça” rəhbərlikləri arasında əldə olunan razılığa əsasən yeniyetmə futbolçularımız bu klubun İstanbuldakı bazasında yaşayaraq, məşq edəcəklər.

Daha sonra perspektivli uşaqların “Fənərbaxça”da uzun müddətə qalması və peşəkarlığını artırması nəzərdə tutulub. AFFA-nın “Fənərbaxça” ilə perspektiv əməkdaşlığının detallarını müzakirə etmək məqsədilə baş katib Elxan Məmmədov da İstanbula gedib.

Təbriz Həsənovun başçılıq etdiyi “Akademiya”nın heyətində 21 futbolçu yer alıb:

Qurbanəli Əliyev, Adil Nağıyev, Coşqun Diniyev, Fuad İslamzadə, Rauf Əliyev, Seyidrazi Ağayev, Mənsur Nəhavəndi (hamısı “İnter”), Eyyub Əliyev, Əmrəli Quliyev, Pərviz Qaraxanlı, Ravil Məmmədov (hamısı “Neftçi” PFK), Yusif Bağırov (“Bakı”), Anar Babayev, Vahid Quliyev (hər ikisi “Neftçi” İSM), Elşad Quliyev, Sadiq Quliyev, Turqut Əlizadə (hamısı “MKT-Araz”), Budaq Nəsirov (“Turan”), Kənan Manaflı, Elnur Süleymanov (hər ikisi “Xudafərin”), Etibar Süleymanov (“Neftçi”).
0