Karlos Teves “mavi” olacaq
14.07.2009 - 16:47
Karlos Teves “mavi” olacaq
Son iki mövsümü İngiltərənin “Mançester Yunayted” klubunda keçirmiş Argentina milli komandasının futbolçusu Karlos Teves “Mançester Siti”yə keçib. Lent.az-ın “Mançester Siti”nin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi ilə 5 illik müqavilə imzalanacaq.

“Mançester Yunayted” də eyni müddətə müqavilə təklif etsə də, 25 yaşlı hücumçu “qırmızı şeytanlar”ın prinsipial rəqibinin heyətində oynamağa üstünlük verib. O, mavi rəngli komandanın mövsümlərarası dövrdə yarımmüdafiəçi Qaret Barri və hücumçu Roke Santa Kruzdan sonra üçüncü ciddi transferi olacaq.

Qeyd edək ki, “Mançester Yunayted”də 98 oyun keçirmiş Teves 34 qol vurub. Yeni mövsüm öncəsi Kriştianu Ronaldudan da məhrum olan “qırmızı şeytanlar” “Uiqan”dan Antonio Valensiya, “Bordo”dan Qabriel Obertan və azad agent statusuna malik Maykl Oueni transfer edib.
0