Berti Foqts Sadıqova nə deyib?
14.07.2009 - 17:20
Berti Foqts Sadıqova nə deyib?
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin I köməkçisi Vaqif Sadıqov sabah Norveçə yollanacaq. Bu haqda apasport.az saytına məlumat verən Sadıqov bildirib ki, səfərdə məqsəd iyulun 14-də Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rusenborq” - “Qarabağ” matçını izləməkdir.

“Üç gün öncə baş məşqçi Berti Foqtsla telefon əlaqəsi qurmuşduq. O, mənə Norveçdə “Qarabağ”ın oyununu izləmək lazım odluğunu bildirdi. “Qarabağ”da əsas milli komandaya 7 namizəd var” - deyə Sadıqov vurğulayıb.

Təcrübəli çalışdırıcı Avroliqanın cari mövsümündə artıq mübarizəni dayandırmış “İnter” və “Simurq” klubları haqqında da Foqtsa hesabat verib: “Təəssüf ki, bu komandalar qitə miqyaslı yarışlarda yaxşı təsir bağışlamadılar”.
0